“Sükut içində addımlar” Krakovda təqdim olunacaq - Video
sizinxeber.az xəbər saytı

“Sükut içində addımlar” Krakovda təqdim olunacaq - Video


Rejissor Fariz Əhmədovun tammetrajlı “Sükut içində addımlar” sənədli filmi 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək.

Kult.az xəbər verir ki, festival Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.

“Sükut içində addımlar” Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.

Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Oxşar xəbərlər

"Sükut içində addımlar" filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq
"Tağıyev: Məktəb" filminin nümayiş olunacağı vaxt açıqlanıb
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
Azərbaycanlı rejissor "Kür - çaylar anası" filminə görə Astanada mükafat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər