Sizinxeber.az » Maraqlı » Elon Maskın tövsiyə etdiyi 9 kitab

Elon Maskın tövsiyə etdiyi 9 kitab

Uğurlu insanların əksəriyyətinin çox kitab oxuduğu heç kimə sirr deyil. Bu, dünyanın ən yenilikçi iş adamlarından biri sayılan Elon Musk üçün də keçərlidir. Onun sahibkarlıq fəaliyyəti nə qədər çoxşaxəlidirsə, oxu zövqü də bir o qədər genişdir.

Valyuta.az xəbər verir ki, milyarder iş adamı müxtəlif sahələri əhatə edən bir çox kitabı hər kəsə oxumağı tövsiyə edir.

Benjamin Franklin: An American Life – Walter Isaacson

Elon Musk, Cənubi Afrikada doğulsa da, Amerikanın azadlıq ideallarına həmişə rəğbət bəsləyib. O, özünə ilham mənbəyi olaraq Benjamin Franklin-i görür. Franklin həm alim, həm siyasətçi, həm də sahibkar idi. Onun həyatını əhatə edən bu bioqrafiya “Aspen İnstitutu”nun baş direktoru Walter Isaacson tərəfindən qələmə alınıb.

Merchants of Doubt – Naomi Oreskes və Erik M. Conway

"Siqaret tüstüsündən iqlim dəyişikliyinə qədər bir neçə alim həqiqəti necə gizlətdi?" sualını araşdıran bu kitab Elon Muskın elmə olan inamını daha da möhkəmləndirib. O, elmin korporativ maraqlardan uzaq, şəffaf olmasının vacibliyini bu əsərdən öyrəndiyini bildirir.

Zero to One – Peter Thiel

Startapların necə qurulmalı və gələcəyə necə hazır olmalı olduğu haqqında olan bu kitab Peter Thiel tərəfindən yazılıb. Musk özü də saysız-hesabsız startap qurduğu üçün bu kitabı xüsusi tövsiyə edir.

Structures: Or Why Things Don’t Fall Down – J.E. Gordon

Bu kitab fiziki strukturların niyə dağılmadığını elmi dillə izah edir. Elon Musk fizika sahəsində təhsil alıb və bu kitabı həm mühəndislik, həm də həyatın müxtəlif aspektləri üçün metafora kimi qiymətləndirir.

Superintelligence: Paths, Dangers, Strategies – Nick Bostrom

Süni intellektin mümkün təhlükələri və gələcək ssenariləri haqqında olan bu kitab Muskın bu texnologiyaya qarşı ehtiyatlı yanaşmasının əsas səbəblərindən biridir. O, hər kəsin bu riski anlaması və məsuliyyətlə yanaşması üçün bu kitabı oxumağı tövsiyə edir.

Howard Hughes: His Life and Madness – Donald L. Barlett və James B. Steele

Zəngin və çox istedadlı olmasına baxmayaraq, Howard Hughes bir çox insan tərəfindən uğursuzluqları ilə xatırlanır. Bu kitab, uğurun və uğursuzluğun incə sərhədlərini göstərən vacib nümunədir.

Catherine the Great: Portrait of a Woman – Robert K. Massie

Güclü qadın liderliyini təsvir edən bu kitab Muskın qadınların uğuruna duyduğu rəğbətin göstəricisidir. O, bacısı, keçmiş həyat yoldaşları və digər qadınlarla bağlı təcrübələrindən bu nəticəyə gəlir ki, güclü qadınlar Musk üçün xüsusi əhəmiyyət daşıyır.

Einstein: His Life and Universe – Walter Isaacson

Növbəti Isaacson əsəri isə Albert Eynşteynin həyat və fəaliyyətinə həsr olunub. Eynşteyn təkcə dahiliyi ilə deyil, həm də qarşısına çıxan çətinlikləri aşaraq uğura nail olması ilə ilham verir. Musk bu kitabı hər kəsin oxumasını arzulayır.

Ignition: An Informal History of Liquid Rocket Propellants – John D. Clark

Sıvı raket yanacaqları haqqında olan bu kitabın Elon Musk tərəfindən seçilməsi təəccüblü deyil. SpaceX-in qurucusu olaraq, Musk Marsa insan göndərmək ideyasını gerçəyə çevirməyə çalışır. Bu kitab onun Mars missiyası ilə bilavasitə əlaqəlidir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !