Tramp Elon Maskın son davranışlarını tənqid edib
sizinxeber.az xəbər saytı

Tramp Elon Maskın son davranışlarını tənqid edib


ABŞ Prezidenti Donald Tramp sahibkar Elon Maskın son davranışlarını sərt şəkildə tənqid edib.

Sizinxeber.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

"Son beş həftə ərzində Elon Maskın tamamilə ağlını itirərək bir fəlakətə çevrildiyini izləmək məni kədərləndirir", - Tramp vurğulayıb.

ABŞ liderinin bu paylaşımı Maskın yeni siyasi partiya yaratmaq planlarına cavab olaraq edilib.

Tramp bu ideyanı əsassız hesab edir:

"O, üçüncü bir siyasi partiya qurmaq istəyir, baxmayaraq ki, ABŞ-da heç vaxt uğur qazanmayıblar. Görünür, bu ölkənin siyasi sistemi buna imkan vermir", – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, belə cəhdlər yalnız qarışıqlıq və xaos yaradır.

Oxşar xəbərlər

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
ABŞ prezidenti İlon Maskın partiya yaratmaq planlarını gülünc adlandırıb
Tramp: Zelenskinin açıqlamaları daim Ukraynaya problemlər yaradır
Tramp: Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir
Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər