İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir
sizinxeber.az xəbər saytı

İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir



Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına görə, Azərbaycan əhalisinin 25%-i minimal rəqəmsal biliklərə malikdir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov deyib.

O bildirib ki, qalan hissədə 5 modul üzrə müəyyən çatışmazlıqlar mövcuddur:

“Bunlardan ən önəmlisi təhlükəsizlik komponentidir. Rəqəmsallaşmanın yaratdığı çoxlu imkanlarla bərabər onun gətirdiyi müəyyən təhlükələr var. Bu təhlükələrdən biri informasiya və kibertəhlükəsizlik məsələsidir ki, ölkə əhalisinin 25%-i təhlükəsizlik komponenti üzrə minimal göstəricilərə cavab verimir. Burda xüsusi məqam odur ki, bu 25% insan geniş olaraq internetdən istifadə edir və təhlükəsizlik komponentinə riayət etmir. Bu da onların potensial hədəf olmasını ortaya qoya bilər. Ona görə də, Rəqəmsal İnkişaf Konsepsiyasında da nəzərdə tutulan əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində mühüm işlər görülür”.

“Hazırda “mygov” platformasında 1 milyondan çox insan rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edir. Ölkədə 3 milyondan çox insanın biometrik formada əldə etdiyi elektron imzası var”, - deyə R.Xaliqov əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək
İRİA: KOB-ların ən çox üzləşdiyi problemlərdən biri rəqəmsallaşma ilə bağlı təchizatçıların seçilməsidir
İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - FOTO
Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle