COP29 çərçivəsində Azərkosmos “Kosmik Liderlərin Sammiti”ni keçirəcək
COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti”ni keçirəcək.
“Sizinxeber.az-Economics” xəbər verir ki, Sammit COP29 tədbirinin 16 noyabr – Elm, Texnologiya və İnnovasiya Günündə saat 10:45-dən 12:45-ə kimi Mavi Zona S3/Hirkan konfrans otağında keçiriləcək.
Qeyd edilib ki, iştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar: Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi (Commonwealth of Nations), o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alacaq.
Kosmik Agentliklərin zirvə toplantısı hesab olunan bu Sammitin konseptual mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından istifadə etməklə iqlim dəyişiklikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və Sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır. Sammitin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair Vəd” sənədi (Pledge) imzalanacaq. Bakı COP29 tədbirində imzalanacaq vəd sənədi COP28 tədbirində kosmik agentlilərin görüşündə qəbul edilmiş öhdəlik sənədinin bir növ davamı və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəd olacaq.
Oxşar xəbərlər
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək
Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar
"Azərkosmos" iqlim fəaliyyətinə dəstək məqsədilə Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












