TDT-nin kosmik subyektləri arasında hüquqi normaların yaradılması təklif olunur
sizinxeber.az xəbər saytı

TDT-nin kosmik subyektləri arasında hüquqi normaların yaradılması təklif olunur


Gələcək kosmik layihələrə başlamaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) kosmik subyektləri arasında hüquqi normaların yaradılmasını təklif edirik.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən TDT-nin kosmik agentlik rəhbərlərinin dördüncü toplantısında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.

O, Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu bildirib: "Azərbaycanda "Kosmik Fəaliyyət haqqında" Qanunun qəbul edilməsi milli kosmik ambisiyalarımızın rəsmiləşdirilməsində həyati əhəmiyyətli addım oldu. Beynəlxalq müqavilələr və normalar əsasında modelləşdirilmiş bu qanun kosmik sektorda davamlı inkişaf üçün yol xəritəsi rolunu oynayır. Onun BMT-nin kosmik müqavilələrinə uyğunluğu fəaliyyətimizin qlobal standartlara cavab verdiyini təmin edir və kosmosun məsuliyyətli tədqiqinə sadiqliyimizi gücləndirir".

Dunay Bədirxanov qeyd edib ki, 2021-ci ildə qəbul edilmiş Türk Dünyası 2040 Konsepsiyası türk dövlətləri arasında kosmik əməkdaşlıq üçün aydın hədəfləri əhatə edir: “O, kosmosun sülh məqsədli tədqiqinə və elmi tərəqqiyə olan kollektiv öhdəliyimizi vurğulayır. Bu kontekstdə Türk Kosmik İnnovasiyalar Fondunun yaradılması kollektiv yolumuzda əhəmiyyətli bir mərhələdir. Bu fond artıq birgə tədqiqat təşəbbüsləri, peyk inkişaf proqramları, startapların inkubasiyası və bütün türk dünyasında kosmik texnologiyaların kommersiyalaşdırılması üçün dəstək təməlini qoyur. Resurslarımızı və təcrübəmizi birləşdirərək regional innovasiya ekosistemi yaradırıq".

Oxşar xəbərlər

Azərbaycan TDT ölkələri ilə kosmik əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edir
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib - FOTO
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle