Azərbaycanda dövlət qurumlarının informasiya sistemləri üzrə “bug bounty” proqramına başlanılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dövlət qurumlarının informasiya sistemləri üzrə “bug bounty” proqramına başlanılıb


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə boşluqların tapılmasına görə mükafatlandırma “bug bounty” proqramına start verir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, proqram aprelin 15-dən iyulun 31-nə qədər həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər *.GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.

Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcək.

Sonda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaq.

Oxşar xəbərlər

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Dövlət Xidməti: 73 dövlət qurumu informasiya təhlükəsizliyi tələbi üzrə rəy almaq üçün müraciət edib
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 9 % azalıb
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 15 % azalıb
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 55 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər