Xocalıda yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib - FOTO
“Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
"APA-Economics" xəbər verir ki, Xocalıda 211 ev təsərrüfatı və 4 biznes subyekti, Ballıca kəndində isə 57 ev təsərrüfatı və 1 biznes subyekti müasir telekommunikasiya xidmətlərinə qoşulub.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocalı şöbəsinə (ünvan: Xocalı rayonu, Əsgəran qəsəbəsi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km-dən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Oxşar xəbərlər
Abşeronun 99%-i yüksəksürətli internetlə təmin olunub - FOTO
Bakının 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub
Ağcabədinin 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
Tərtərdə 95%-dən çox genişzolaqlı internetə çıxış təmin edilib
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













