Ağcabədinin 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
sizinxeber.az xəbər saytı

Ağcabədinin 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Ağcabədi rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, Ağcabədi şəhərində şəbəkənin tikintisi başa çatmaq üzrədir. Şəhər mərkəzində 12759 təsərrüfatdan 1097 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Ağabəyli, Cəfərbəyli, Xocavənd, Aşağı Afşar, Pərioğullar, Hüsülü, Rəncbərlər, Təzəkənd, Hacıbədəlli, Şahsevən Təzəkənd, Şahsevən, Minəxorlu, Muğanlı, Köyük, Yeni Qaradolaq, Kəbirli, Aran, Mehrablı, Qaradolaq, Nəcəfqulubəyli, Şənlik, Gələbədin, Qiyaməddinli, Qaravəlli, İmamqulubəyli, Şərəfxanlı, Şahmallar, Şotlanlı, Kəhrizli, Bala Kəhrizli, Boyat, Hacılar, Biləğan, Qaraxanlı, Sarıcalı, Taynaq, Poladlı, Arazbar, Mirzəhaqverdili, Kürdlər, Sarvanlar, Yuxarı Qiyaməddinli kəndlərində və Taxtakörpü, Hindarx qəsəbələrində 19189 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 7166 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.

Oxşar xəbərlər

Bərdədə 90%-dən çox genişzolaqlı internetə çıxış təmin edilib
Bakının 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub
Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər