Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir
Sərfəli təklifləri və davamlı layihələri ilə tanınan “Nar” Azərbaycanda rabitə peşəkarlarını yetişdirmək məqsədilə telekommunikasiya sahəsində təhsil alan tələbələr üçün mütəmadi keçirilən “Mobil Rabitənin Əsasları” davam etdirir.
Növbəti təlim Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilib. Təlim çərçivəsində tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar. Təlim Azərbaycan Texnologiya Universitetində təsis edilmiş “Nar” Laboratoriyasında baş tutub.
Qeyd edək ki, “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Texnologiya Universiteti (ATU) ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan “Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
“Nar” mobil rabitə təlimlərinə davam edir!
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis edib
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Avropa çempionatı: 1/4 final cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Türkiyə millisi Şimali Makedoniyanı darmadağın edib
-
"Rosselxoznadzor" Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
