Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İRİA məlumat yayaıb.
Bildirilir ki, memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.
Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir.
Oxşar xəbərlər
İRİA: KOB-ların ən çox üzləşdiyi problemlərdən biri rəqəmsallaşma ilə bağlı təchizatçıların seçilməsidir
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda rəqəmsal tələbə kartlarından istifadəyə start verilir
Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq
Azərbaycan və Qazaxıstan İKT sahəsində Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













