Bakıda “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksəksəviyyəli tədbir keçiriləcək
Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyasının (WTSA-24) iştirakçıları bu il noyabr ayında Bakıda keçiriləcək “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksəksəviyyəli tədbirində iştiraka dəvət olunublar.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Tədbir nazirliyin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birgə təşkilatçılığılə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq.
Oktyabrın 14-15-də Hindistanın Nyu-Dehli şəhərində keçirilən GSS-24 və WTSA-24 tədbirlərində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən rəqəmsal inkişaf və nəqliyyat nazirin müavini Şahin Babayev texnologiyalar, innovasiyalar sahəsində ölkədə görülən işlər, layihələr, rəqəmsallaşma və innovasiya sahəsində digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafından danışıb.
Məlumata görə, dörd ildən bir BTİ-yə üzv olan 194 ölkədən nümayəndələrin iştirakı ilə keçirilən WTSA-24 konfransı telekommunikasiya/İKT-nin inkişafı üçün standartları müəyyən edir, həmçinin BTİ-nin Telekommunikasiya üzrə Standartlaşdırma Bürosunun fəaliyyətinin gələcək istiqamətlərini təsbit edir.
Konfrans çərçivəsində bu xüsusda daha əvvəl qəbul edilmiş müvafiq qətnamə və tövsiyə sənədlərinə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur. Konfrans informasiya və kommunikasiya texnologiyalarının (İKT) qlobal infrastrukturunda müəyyənedici elementlər kimi çıxış edən beynəlxalq standartları hazırlamaq üçün dünyanın hər yerindən sahə üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirir.
Oxşar xəbərlər
COP29 çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlərin görüşü keçiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə daha bir sədr müavini təyin edilib
Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək
Azərbaycan və Tacikistan birbaşa aviareyslər açmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
