COP29 çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlərin görüşü keçiriləcək
Bu ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü keçiriləcək.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinə səfər çərçivəsində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşdük. Azərbaycanın 2025 – 2026-cı illər üçün BNF-yə prezidentliyi məsələləri, bu istiqamətdə prioritetlər və təşkilatla əməkdaşlığı müzakirə etdik. Ölkəmizdə COP29 çərçivəsində keçiriləcək “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü ilə əlaqədar müvafiq işlərin görülməsinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İcraçı direktor: Danışıqçılar səviyyəsində COP29 üzrə görüş Şamaxıda keçiriləcək
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
Elnur Soltanov: COP29 üzrə nazirlərin görüşü Çindən sonra Şamaxıda öz işini davam etdirəcək
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













