Pakistanla informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Fərman imzalanıb
sizinxeber.az xəbər saytı

Pakistanla informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Fərman imzalanıb


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmanda deyilir.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

Oxşar xəbərlər

İlham Əliyev Pakistanın Hüquq və Ədliyyə Nazirliyi ilə Əməkdaşlıq Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Pakistan arasında turizm sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər