“PAŞA Holding” “INMerge” İnnovasiya Sammitini təşkil edir
- 2-09-2024, 16:30
- İKT
- 0
- 1 426
Bir müddət öncə qeyd edildiyi kimi, oktyabrın 10-11-i tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "INMerge” İnnovasiya Sammiti baş tutacaq.
Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Bu il "INMerge” İnnovasiya Sammit tədbirində “YouTube”un həmtəsisçisi Stiv Çen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlar arasında “Amazon”un vitse-prezidenti və CTO-su Verner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivi də var. Bununla yanaşı, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru Ilya Strebulayev və “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummer də spikerlər siyahısına qoşuldular.
Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və“4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
Biletləri ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.


width="220" alt="İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə daha bir sədr müavini təyin edilib" />
width="220" alt="İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />