"Azərkosmos" Türkiyə şirkəti ilə əməkdaşlıq edəcək
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") ilə Türkiyənin “Impro” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Report" Agentliyə istinadən xəbər verir ki, müqaviləyə əsasən, "Azərkosmos"un kommersiya portfelini genişləndirmək məqsədilə “Impro” şirkətinə məxsus “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadəsi nəzərdə tutulur.
“Göktürk-1” yüksək ayırdetmə qabiliyyətinə malik Yerin məsafədən müşahidə peykidir. Coğrafi məhdudiyyət olmadan Yerin istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verir.
Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur.
“Impro” şirkəti ilə əməkdaşlıq “Azərkosmos”un müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə həll və xidmətlərin sayının artırılması üçün yeni imkanlar açacaq.
Oxşar xəbərlər
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
"Azərkosmos" Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
Çin şirkəti Azərbaycanın bölgələrində peyk rabitəsi xidmətinə dəstək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












