"Azərkosmos" Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
- 5-09-2024, 16:00
- İKT
- 0
- 1 170
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Millətlər Birliyi Təşkilatının ("The Commonwealth of Nations") üzvləri olan İnkişaf etməkdə olan kiçik ada dövlətləri və digər həssas üzv ölkələrlə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığa başlayıb.
"Sizinxeber.az" "Azərkosmos"a istinadən xəbər verir ki, əməkdaşlıq Azərbaycanla Təşkilatın birgə imzaladığı memorandum çərçivəsində həyata keçirilir.
"Azərkosmos" Millətlər Birliyinə üzv ölkələrdə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlarla təhlil aparılması, fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlanıb. Proqram çərçivəsində birliyin üzvü olan dövlətlərdə, xüsusilə Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində peyk görüntülərindən istifadə etməklə quraqlıq səviyyəsinin monitorinqi və quraqlıq riskinin qiymətləndirilməsi, əkin sahələrinin sinifləndirilməsi, meşələrin kompleks monitorinqi, metan (CH4) konsentrasiyasının kosmik monitorinqi fəaliyyətləri icra olunacaq.
Bu fəaliyyətləri icra edərkən vacib məqam olan məsafədən müşahidə və Coğrafi İnformasiya Sistemləri üzrə bilik və bacarıqların artırılması, tematik təlim və konsultasiyanın verilməsi proqramın tərkib hissələridir.
Kosmik həllərə çıxış imkanının olub-olmamasından asılı olmayaraq bütün ölkələr gündəlik olaraq kosmik xidmətlərdən istifadə edirlər.
Hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ön cəbhə xəttində olan kiçik ada dövlətlərində iqlimin monitorinqinin ən güclü aləti kosmik həllərdir. Məsələn, kosmik texnologiya ada dövlətlərinin davamlı dolanışıq və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən işlərdə rol oynayır. Həmçinin sahil mühafizəsi üçün sahil xətlərinin monitorinqi, okeanda suyun səviyyələrinin monitorinqi, qeyri-qanuni balıq ovuna nəzarət və neft dağılmalarının aşkar edilməsi kimi nümunələri misal göstərmək olar. Kosmik texnologiya əlçatmaz ərazilərdən məlumat əldə etməyi təmin edir. Bu da kiçik ada dövlətlərinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aspektdir.
"Azərkosmos"un hazırladığı bu proqram iqlim dəyişikliyinə həssas və kosmosa az və ya heç bir çıxışı olmayan dövlətlərdə Azərbaycanın kosmik təcrübəsini bölüşmək və onların kosmos sahəsində insan kapitalının inkişafına öz töhfəsini verəcək.
Kosmik texnologiya və coğrafi məlumatların gücündən istifadə etməklə bu tərəfdaşlıq iqlimə davamlılığı gücləndirmək, fəlakətlərə hazırlığı təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək məqsədini daşıyır. Kosmik həlləri özündə ehtiva edən bu proqram Millətlər Birliyi Təşkilatına daxil olan dövlətlərə həm Bakıda keçiriləcək COP29 tədbirində, həm də gələcəkdəki iqlim dəyişikliyi üzrə fəaliyyətlərdə bir növ yol xəritəsi rolunu oynayacaq.


width="220" alt=""Azərkosmos" iqlim fəaliyyətinə dəstək məqsədilə Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />