Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq
sizinxeber.az xəbər saytı

Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq


Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata keçirilir. Ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15 nəfərlik mütəxəssis qrupu iştirak edir.

Sizinxeber.az xəbər verir ki, tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin, məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri, ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin elektron bazaya daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə edən 3 yəhudi qəbiristanlığı mövcuddur. ki, burada 3000-dən artıq məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak, Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

Oxşar xəbərlər

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Qırmızı qəsəbəyə səfər edib
Prezident İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvünü qəbul edib - YENİLƏNİB
Dövlət başçısı AIPAC-ın prezidentini və yeni seçilmiş prezidentini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Azərbaycan yəhudi icmasını təbrik edib
Azərbaycan Prezidenti: Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşamışlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər