Azərbaycan Prezidenti: Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşamışlar
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşamışlar


Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar.

APA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı qeyd edib ki, bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur.

“Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər”, - deyə Prezident İlham Əliyev bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycan yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib
Prezident Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin vəfatı ilə bağlı başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle