Sulu qar, qar yağacaq - SABAHIN HAVASI
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər
Qar yağacaq, külək güclənəcək - PROQNOZ
Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - SABAHIN HAVA PROQNOZU
Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
