Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
Sabahın havası açıqlanıb
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
Şənbə günü leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - SABAHIN HAVA PROQNOZU
Sabah hava yağmurlu olacaq, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb