Azərbaycanda leysan yağacaq - PROQNOZ
Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı, axşam isə ayrı-ayrı yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaq.
Oxşar xəbərlər
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hava yağmurlu olacaq, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hava yağmursuz keçəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













