Bakıya qar yağacaq
sizinxeber.az xəbər saytı

Bakıya qar yağacaq


Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

O qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

"Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.”

Oxşar xəbərlər

Bakıya sulu qar yağacağı gözlənilir
Yağış yağacaq, temperatur 7-10 dərəcə aşağı enəcək -
Yağış yağacaq, temperatur 7-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Yağıntılı hava davam edəcək, dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, leysan və qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle