Oğuzda yük avtomobili motosikletlə toqquşub, ölən var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Oğuzda yük avtomobili motosikletlə toqquşub, ölən var - YENİLƏNİB


Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sizinxeber.az"a bildirilib ki, mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

11:03

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Söhbət oğlu Qarayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Oğuzda yük maşını motosikletlə toqquşub, ölən var - FOTO
Qəbələdə iki avtomobil toqquşub, ölən var
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var
Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər