Ağdamda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdamda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub - YENİLƏNİB


Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin kimlikləri məlum olub.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və

Abbasov İsmayıl Abdulla oğlu ölüb.

Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb
Tərtərdə yol-nəqliyyat hadisəsində sürücü, habelə ata və oğlu ölüb - YENİLƏNİB
Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB
Ağdamda yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər