Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb


Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb
Ağdamda yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər