Novxanıda avtomobillə motosiklet toqquşub, ölən var – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Novxanıda avtomobillə motosiklet toqquşub, ölən var – YENİLƏNİB


Novxanıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

Bu barədə "Report"un yerli bürosuna TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Abşeron rayonu, Novxanı, Atıcılıq mərkəzi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2007-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, "BYD" markalı minik avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Abşeronda motosiklet sürücüsü qəzada ölüb, piyada yaralanıb
Oqtay Şirəliyev vəfat etdi
Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB-2
Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər