Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb
sizinxeber.az xəbər saytı

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb


Bərdə rayonunda yerləşən iki mağazada ödəmə terminallarından 40 min manat oğurlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Abşeronda ödəmə terminallarından 39 min manata yaxın pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Şirvanda evdən 15 000 manat oğurlanıb
Cəbrayılda yük maşınını qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub
Bakıda qadınlardan 30 min manat pul oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər