Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Report"un əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə aprelin 12-də baş verib. Masazır qəsəbəsində P.Süleymanova və N.İsgəndərli kəsici-deşici alətlə xəsarət yetirilib, onlar aldıqları xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
Masazırda iki qadın qətlə yetirilib
Masazırda 38 yaşlı qadın öldürülüb, qətldə şübhəli bilinən dayısı saxlanılıb - YENİLƏNİB
Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər