Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirməkdə şübəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İ.Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 20 yaşlı E.İsmayılov saxlanılıb.
Xatırldadaq ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.
Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Daşkəsəndə qətl hadisəsi törədilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb.
Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.
Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi məlum deyil.
Oxşar xəbərlər
Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib
Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
Daşkəsəndə mübahisə qanla bitib - YENİLƏNİB
Abşeronda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
