İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB


İmişlidə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Sarxanlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Adil oğlu Allahverdiyev həmkəndlisi, 1995-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Allahverdiyevlə kənd ərazisində olan kafedə yeyib içən zaman onların arasında mübahisə düşüb.

Daha sonra mübahisə kafenin önündə davam edib. Bu zaman Fəridin Vüsalın boğaz nahiyəsinə bıçaqla zərbə vurması bildirilir.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıb, faktla bağlı araşdırma aparılır.

Məlumata görə, F. Allahverdiyev subaydır və Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir. Mərhumun da subay olduğu bildirilir.

10.04

İmişlidə qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıb, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İmişli sakini qətlə yetirilib, şübhəli bilinən həmkəndlisi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişli sakini həmkəndlisini söyüş üstündə qətlə yetirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda qətl törtəməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə mübahisə qanla bitib - YENİLƏNİB  [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər