Azərbaycan karateçisi: "Dünya Oyunlarında qazandığım medal hər şeyi bacardığımın sübutudur"
sizinxeber.az xəbər saytı

Azərbaycan karateçisi: "Dünya Oyunlarında qazandığım medal hər şeyi bacardığımın sübutudur"


Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında qazandığı gümüş medal Azərbaycan kareteçisi İrina Zaretska (68 kq) üçün hər şeyi və daha çoxunu bacardığının sübutudur.

"Sizinxeber.az"un məlumatına görə, təcrübəli idmançı bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu yolda onunla birlikdə addımlayan və uğurunda əməyi olan insanlara təşəkkür edib:

"Çox xoş hisslərim var. Bu medal hər şeyi və daha çoxunu bacardığımın sübutudur. Dəstək olanlara sonsuz minnətdaram. Məni daha da ruhlandırdınız. Burada parlaq döyüşlər keçirdim, yeni fəndlər göstərmək istədim. Mən yenə də qələbələrə acam".

Zaretska şəxsi məşqçilərinə və yığmanın baş məşqçisi Şahin Atamova da təşəkkür edib:

"Medal həmişə sizin zəhmətinizin nəticəsidir. Bu, komanda işidir. Çox şanslıyam ki, hamınızdan böyük dəstək aldım".

O, qızı ilə fotosunu paylaşaraq bu sözləri yazıb: "Balaca övladımla yarışda qalib olmaq arzularımdan biri idi".

Qeyd edək ki, İrina Zaretska finalda İsveçrə təmsilçisi Elena Quirici ilə dueldən məğlub ayrılıb.

Oxşar xəbərlər

Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb-YENİLƏNİB
Azərbaycan karateçisi dünya reytinqində liderliyini qoruyub
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında finala vəsiqə qazanıb
Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər