Şahin Bağırov Avropa Kubokunun qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüb.
"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə federasiyanın vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, “Azərreyl”in qadın və kişi komandalarının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.
Ş.Bağırov ilk olaraq komanda üzvlərini və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu qələbənin Azərbaycanın çimərlik voleybolu tarixində qazanılan ən böyük uğur olduğunu söyləyib. Qeyd edib ki, ölkəmizdə çimərlik voleybolunu daha da inkişaf etdirmək üçün federasiya tərəfindən bir sıra işlər və layihələr həyata keçirilməsi də nəzərdə tutulur. AVF rəhbəri çimərlik voleybolçularının qış aylarında da məşqlərini səmərəli keçirmələri üçün lazımi şərait yaradılacağını vurğulayıb. Ş.Bağırov bidirib ki, peşəkar şəkildə çimərlik voleybolu ilə məşğul olmaq istəyən gənc və perspektivli idmançılar təlim-məşqlərə cəlb ediləcəklər. Hər bir oyunçuya gözəl mübarizə üçün təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.
AVF-nin idarə heyətinin üzvü Elqar Bağırov çıxış edərək çimərlik voleybolçuları üçün yaradılan şəraitə və göstərilən diqqətə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra qurum rəhbərinə çempionların imzası olan klubun simvolik forması və top təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb
Azərbaycan klubu Avropa Kubokunun qalibi adını qazanıb
"Azərreyl-1"in üzvü: Belə yarışlar Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq
Voleybol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib
Avropa Kuboku: "Azərreyl" çempion olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












