Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 17 yaşadək (U-17) cüdoçular arasında region birinciliyi keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 34 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.
Qeyd edək ki, aprelin 26-da 14 yaşadək cüdoçular arasında da region birinciliyi keçiriləcək. Turnirlərin məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq
Oxşar xəbərlər
Naxçıvan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri keçirilib
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
