Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi İslam Abbasov bürünc medal qazanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi İslam Abbasov bürünc medal qazanıb - YENİLƏNİB


Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsüyə yüksəlib.

Daha əvvəl güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Ömər Halis Rəcəbə (8:0) qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, bu gün İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaqlar.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi Rəşad Məmmədov Avropa çempionatında bürünc medal qazanıb
Avropa çempionatı: Beka Kandelaki, Rəşad Məmmədov və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar
Avropa çempionatı: Beka Kandelaki və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər