Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər


Rusiyanın Baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla ikitərəfli ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə edib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə hökumətinin mətbuat xidməti yayıb.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub", - məlumatda bildirilib.

Baş nazirlər ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya hökumət başçıları cari əməkdaşlıq məsələlərini müzakirə ediblər
Mişustin Paşinyan ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Rusiya Baş naziri Paşinyanla görüşüb
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər