Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər
sizinxeber.az xəbər saytı

Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər


Tarixi zəfərimizdən sonra indi də Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin şahidiyik. Hazırda bu qayıdış prosesi ilə birbaşa bağlı olan, strateji əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik.

"Sizinxeber.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elman Nəsirov deyib.

"Bütün dünya görür ki, Azərbaycan qurucu dövlətdir. Hazırda geri qayıdan 85 min insanın arasında tələbələr, orada işləyən şəxslər və birbaşa daimi məskunlaşan sakinlər var. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas özəlliyi mənzillərin vətəndaşlara mülkiyyət hüququ ilə verilməsinin hüquqi baxımdan təsbit edilməsidir. Bu qanunla vətəndaşlarımız artıq tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər. Bu, olduqca vacib məsələdir.

Oxşar xəbərlər

Azay Quliyev: Yeni qanun layihəsi Azərbaycan vətəndaşının mülkiyyət hüququnun ən ali səviyyədə bərpasına xidmət edir
Səkinə Əliyeva: İllərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır
Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir
Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər