Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək
Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən məktəblərə 4300 kompüter veriləcək.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Elm və Təhsil Nazirliyinin 2025–2027-ci illər üçün Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb.
Qeyd olunub ki, qarşıdakı dövrdə əsas hədəflərdən biri təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir texnologiyalarla təminatın genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır. Artıq bu çərçivədə 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq.
İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək. Proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Naxçıvanda vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika var
Naxçıvanda XI siniflər üçün dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında dəyişiklik edilib
Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
