Elm və təhsil naziri: Azərbaycanda məktəblərin 90 %-i təmir olunub və ya yenidən tikilib
sizinxeber.az xəbər saytı

Elm və təhsil naziri: Azərbaycanda məktəblərin 90 %-i təmir olunub və ya yenidən tikilib


Azərbaycanda fəaliyyət göstərən məktəblərin təxminən 90 %-i son 20 ildə təmir olunub və ya yenidən tikilib.

"Report" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, son beş il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər tərəfdaşların dəstəyi ilə minə yaxın məktəb yenidən qurulub və ya əsaslı təmir edilib.

"Ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90 %-i ya yeni təmir olunub, ya da yenidən tikilib. Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir. Birinci növbədə, daha böyük məktəblərin təmirinə üstünlük veririk. Çünki bu məktəblər daha çox uşağın həyatına təsir edir".

Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli məktəblərin tikintisi həyata keçirilir:

"Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur".

Oxşar xəbərlər

Emin Əmrullayev: Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir
Emin Əmrullayev: 400-dən artıq məktəb qəzalı vəziyyətdədir
Emin Əmrullayev: Azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti bərpa edilir
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər