Emin Əmrullayev: Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir
Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir məktəbin təmirli olması və orada tədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında duran məqsəddir: "Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. Hər il təxminən 60-70 məktəbi yenidən tikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacı var. Nəzərə almaq lazımdır ki, hər il əvvəllər yeni inşa edilən məktəb binası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşası və təmiri ardıcıllıq və mərhələli şəkildə davam edir".
E.Əmrullayev bildirib ki, əvvəlki illərlə müqayisədə məktəblərin istilik problemi də azalıb.
Oxşar xəbərlər
Emin Əmrullayev: 400-dən artıq məktəb qəzalı vəziyyətdədir
Emin Əmrullayev: Təmirə ehtiyacı olan məktəblər diqqətimizdədir
Emin Əmrullayev: Azərbaycanda ilk dünyəvi məktəb XIX əsrdə məhz Şuşada açılıb
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Nazir: Bu tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılışı planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
