Naxçıvanın təhsil naziri Ukraynanın Zərifə Əliyeva adına İrpen Xarici Dillər Liseyinin əməkdaşları ilə görüşüb
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ukraynada fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları ilə Naxçıvana səfərləri çərçivəsində görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, təhsil naziri xalqlarımız arasındakı dostluq əlaqələrindən danışıb, akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin də ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindən olduğunu bildirib.
Liseyinin direktoru Valentina Antonenko qonaqərvərliyə görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verib. Qeyd olunub ki, hərbi əməliyyat zamanı zərər çəkmiş təhsil müəssisəsi Azərbaycan Respublikasının dəstəyi ilə qısa zamanda bərpa olunub. Qonaq bu qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Sonda qonaqlara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvana səfərə gəliblər
İrpen liseyinin direktoru Prezident İlham Əliyevi təbrik edib
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb
Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
