BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı olub
sizinxeber.az xəbər saytı

BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı olub


Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimi “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub.

BDU-nun rektoru Elçin Babayev nitqində auditoriyanın Azərbaycan milli mətbuatının 150 illik yubileyinin şərəfinə açıldığını qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Milli mətbuat tarixi auditoriyası”nın məhz Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində açılmasını əlamətdar hadisə hesab edib.

Açılış çərçivəsində “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin də təqdimatı baş tutub. Xüsusi nömrə haqqında BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli məlumat verib.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO
Professor Nəsiman Yaqublu dəfn edilib FOTO - YENİLƏNİB
BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər