MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal veriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Layihəyə əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək
Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yubiley medalı əcnəbilərə də verilə bilər
Milli Məclisin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
