Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.
Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.
Qeyd edək ki, ölkə üzrə mayın 17-18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqlər təşkil olunacaq.
Oxşar xəbərlər
IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək
Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq
Bakıda 148 nəfər XII sinif təhsil alır
600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
