Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir
sizinxeber.az xəbər saytı

Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir


Bu gün Şuşa, Xankəndi və Xocalıda işğaldan azad olunandan sonra ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub.

Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edir.

İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Oxşar xəbərlər

Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Bu ərazilərdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə buraxılış imtahanı keçirilir
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
Xankəndi, Ağdərə və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle