Xankəndi, Ağdərə və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Xankəndi, Ağdərə və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib - FOTO


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Sizinxeber.az-nın xəbərinə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.

Xankəndi, Ağdərə və Xocalıda 26 şagird buraxılış imtahanında iştirak edib

Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

DİM imtahan prosesini operativ qərargah vasitəsilə izləyib

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Oxşar xəbərlər

Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
Bu ərazilərdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
İşğaldan azad olunan Ağdərədə bu gün ilk buraxılış imtahanı keçirilib - YENİLƏNİB
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle