Elm və təhsil nazirinin müavini Pakistanda səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23-24 yanvar 2025-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində səfərdədir.
Elm ve tehsil nazirliyinden Sizinxeber.az-ya verilen məlumata görə səfər çərçivəsində H. Həsənli Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib.
İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil alma imkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.
Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb, iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər öz əksini tapıb.
Həmçinin səfər çərçivəsində Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.
Oxşar xəbərlər
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanla Pakistan arasında imzalanmış 3 saziş təsdiqlənib
Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsində çıxış edib
Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
