BDU-nun rektoru: Aida İmanquliyevanın adı Azərbaycanın elm tarixinə ilklərin müəllifi kimi düşüb
sizinxeber.az xəbər saytı

BDU-nun rektoru: Aida İmanquliyevanın adı Azərbaycanın elm tarixinə ilklərin müəllifi kimi düşüb


Aida İmanquliyevanın adı Azərbaycanın elm tarixinə ilklərin müəllifi kimi düşüb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən Respublika elmi konfransında deyib.

Onun sözlərinə görə, bu gün də Aida İmanquliyevanın müəyyən etdiyi istiqamətlər alimin ardıcılları tərəfindən öyrənilir, tədqiq olunur:

“O, ilk müsəlman şərqşünas qadın alim, ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, ilk qadın professor, ərəb-məhcər ədəbiyyatının tədqiqatçısı, Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı olub. Bunlar görkəmli alim Aida İmanquliyevanın milli kökə, xalqa bağlı, milli yaddaşın qorunmasına xidmət edən elmi irsinin kiçik bir hissəsidir. Aida xanım İmanquliyevanın zəngin elmi irsi, elmi-nəzəri fikirləri gələcək tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayır".

Oxşar xəbərlər

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
Nazir: Elmi dərəcəsi olanların hamısı əsl alim deyil, alimin elmi tədqiqatı olmalıdır
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Azərbaycanda tanınmış alim vəfat edib
Astanada akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər