Şöbə müdiri: Şuşa tədbirinin məqsədi gənclərin İslam dünyasına mesaj ötürə bilməsidir
İslam dünyasından olan gənclərin Şuşa şəhərində birləşməsi bizim üçün xüsusi önəm daşıyır.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsininin müdiri Ramil Cabbarov Şuşada təşkil olunan “Gənclər paytaxtı”nın bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaradıcı və kreativ sənayedə çalışan gənclər də təşkil edilən tədbirdə təmsil olunur:
"Həmin gənclər keçiriləcək tədbirlər çərçivəsində öz məhsullarını yaradacaqlar, alimlər isə elmi yeniliklər barədə məlumatlandırıcı çıxışlar edəcəklər. Həmçinin burada yaradıcı marafon və Azərbaycan milli adət ənənələri barəsində "workshop"lar keçiriləcək".
R.Cabbarov bu tədbirlərin təşkilində əsas məqsədin Azərbaycan gənclərinin İslam dünyasına mesajlar ötürə bilməsi olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
Şuşada "Yaradıcılıq marafonu" start götürüb
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Felipe Paullier: Gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
