Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib
Şuşa şəhərində İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edir.
Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tədbirin əhəmiyyəti və Şuşanın tarixi haqqında məlumat verib:
"Sizləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbirində görməkdən qürur duyuruq. İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri dekabrın 1-6-sı tarixlərini əhatə edəcək".
Həmçinin, Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival- Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

